Venesuelada 6.2 maqnitudalı zəlzələ qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 244 min əhalisi olan Valera şəhərindən 68 kilometr şimal-qərbdə yerləşib.
Güclü zəlzələnin ocağı yerin 8 kilometr dərinliyində qeydə alınıb.