AZ

Düzgün qidalanma beyin sağlamlığını qoruya bilər

Harvard T.H. Chan İctimai Sağlamlıq Məktəbi və bir neçə beynəlxalq universitetin alimləri yaşlanma və beyin sağlamlığı ilə bağlı maraqlı nəticələr açıqlayıb. Tədqiqat göstərib ki, yaşıl-Meditteran diyeti (yaşıl çay, qoz və “Mankai” adlı bitkilər daxil olmaqla) beyin hüceyrələrində yaşlanma ilə əlaqəli zülalların səviyyəsini azalda bilər.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, bu pəhriz həm idrak qabiliyyətini qorumağa, həm də zehni zəifləmənin qarşısını almağa kömək edə bilər. Alimlər qeyd edir ki, uzunmüddətli və balanslı şəkildə tətbiq edilən yaşıl-Meditteran diyeti, xüsusilə qocalma prosesini ləngitmək və beyin funksiyalarını dəstəkləmək üçün mühüm vasitə hesab olunur.

Araşdırmanın nəticələri beynəlxalq elmi ictimaiyyətdə geniş maraq doğurub və qidalanma ilə bağlı gələcək tövsiyələrdə nəzərə alınacağı gözlənilir.

Seçilən
7
azedu.az

1Mənbələr