AZ

Trampı qəzəbləndirən olay: Ölə bilərdim

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında (GA) tədbirin təşkilinə görə qəzəblənib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

Ağ Ev rəhbəri xanımı ilə birlikdə BMT binasında yuxarıdakı zala qalxarkən eskalatorda yaranan nasazlıqdan şikayət edib. O bildirib ki, qəflətən dayanan eskalator onun və birinci xanım Melaniya Trampın ölümünə səbəb ola bilərdi.

“Melaniya ilə mənim eskalatorun iti metal pilləkənlərində yıxılmamağımız heyrətamizdir. Yaxşı ki, tutacaqlardan möhkəm yapışmışdıq. Əks halda, nəticələr fəlakətli ola bilərdi”, – Tramp yazıb.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp və xanımı BMT binasında yuxarıdakı zala qalxarkən eskalatorda nasazlıq yaranıb. Bundan başqa, onun tribunada çıxışı zamanı telesuflyor da işləməyib.

Bunlarla yanaşı, Tramp BMT tədbirində səsin kəsilməsindən də narazı qalıb. O, təşkilatın baş katibi Antonio Quterreşə məktub yazıb və araşdırma aparmağa çağırıb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
globalinfo.az

1Mənbələr