AZ

EBRD: Azərbaycanın güclü fiskal və xarici buferləri var

Azərbaycanın fiskal və xarici buferləri güclü olaraq qalır.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) sentyabr ayı üzrə "Regional iqtisadi perspektivlər" icmalında deyilir.

"Belə ki, bu ilin birinci yarısında dövlət büdcəsinin profisiti ÜDM-in 4,4 %-ni təşkil edib. 2025-ci ilin yarımillik dövrün sonuna strateji valyuta ehtiyatları (Dövlət Neft Fondunun aktivləri daxil olmaqla) 78,8 milyard ABŞ dollarına çatıb. Nəticədə, 2025-ci ilin iyun ayında "Moody 's" beynəlxalq reytinq agentliyi Azərbaycanın maliyyə sabitliyini qeyd edərək ölkənin suveren reytinqini "Baa3"ə yüksəltdi", - EBRD bildirib.

Bankın məlumatına görə, Azərbaycanda orta illik inflyasiya 2024-cü ilin sonundakı 2,2 %-dən 2025-ci ilin avqust ayının sonunda ərzaq və xidmətlərin qiymətlərinin artması ilə əlaqədar 5,6 %-ə yüksəlib.

"İnflyasiyanın 4 % (+2) hədəf diapazonunun yuxarı həddinə yaxın olmasına baxmayaraq, 2025-ci ilin iyul ayında Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 25 baza bəndi azaldaraq 7 % -ə endirib", - EBRD vurğulayıb.

Seçilən
5
ikisahil.az

1Mənbələr