Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,92ABŞ dolları və ya 1,29% artaraq 72,14 ABŞ dolları təşkil edib.
Azərbaycan neftinin əvvəlki qiyməti 71,22 ABŞ dolları idi.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.