AZ

Lavrov və Rubio nəyi müzakirə ediblər?- DETALLAR

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Nyu-Yorkda keçirilən görüşdə Ukrayna böhranının sülh yolu ilə həllində maraqlı olduqlarını təsdiqləyiblər. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Lavrov vurğulayıb ki, Moskva Ukrayna məsələsində Alyaskadakı ölkələrin liderlərinin hazırladığı xəttə əməl etməyə hazırdır. Nazir Kiyevin və bəzi Avropa ölkələrinin münaqişənin uzadılması üçün irəli sürdüyü sxemləri də qəbuledilməz adlandırıb.

Tərəflər ikitərəfli münasibətlərin, o cümlədən ictimai-siyasi təmasların hərtərəfli kompleksinin bərpasına dair razılıqlarını təsdiqlədilər.

Xatırladaq ki, Sergey Lavrov və Marko Rubio arasında görüş bu gün BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutub.

Lavrov və Rubio sonuncu dəfə bu ilin iyulunda Malayziyada keçirilən ASEAN tədbirləri çərçivəsində görüşüblər.

Seçilən
20
veteninfo.az

1Mənbələr