AZ

“Şah ölüm” filmi Park Cinema-da 14 gün nümayiş olundu

Müstəqil film yaradıcılığı sahəsində diqqətçəkən uğur əldə olunub. ZVS – Zəka Vilayətoğlu Studiyasının istehsalı olan “Şah ölüm” filmi Park Cinema şəbəkəsinin repertuarında 14 gün ardıcıl olaraq nümayiş etdirilib.

Qeyd edək ki, müstəqil filmlərin kinoteatr repertuarında uzun müddət saxlanılması çox nadir hallarda baş verir. Filmin 2 həftə ərzində tamaşaçılarla görüşməsi həm Park Cinema-nın etimadının, həm də tamaşaçı marağının göstəricisidir.

“Şah ölüm” filmi tarixi, bədii-sənədli üslubda çəkilib və 1918–1920-ci, 1929-1930-cu illərdə gədəbəyli əsilzadə Məcid ağa Şəkibəyov və silahdaşlarının düşmənlərə qarşı qəhrəmanlıq mübarizəsini əks etdirir.

Filmin müəllifi və baş rol ifaçısı Zəka Vilayətoğlu, bu nailiyyəti Azərbaycan müstəqil kinosunun inkişafı üçün önəmli addım hesab edir.

Seçilən
16
2
editor.az

3Mənbələr