AZ

Şəkidə 28 yaşlı kişini avtomobillə vuran sürücü hadisə yerindən qaçıb

Şəkidə 28 yaşlı kişini avtomobillə vuran sürücü hadisə yerindən qaçıb. SİA-nın məlumatına görə, hadisə sentyabrın 24-dən 25-ə keçən gecə Şəki şəhər ərazisində baş verib.

1997-ci il təvəllüdlü Şəki şəhər sakini Hasil Etibar oğlu Əsgərov nəməlum avtomobil tərəfindən vurulub. H. Əsgərov ağır komotoz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
15
8
sia.az

10Mənbələr