AZ

İspaniyalı nazir son anda ölümdən döndü- Rusiyanın hücumu fayda vermədi

İspaniyanın müdafiə naziri Marqarita Roblesin olduğu ABŞ Hərbi Hava Qüvvələrinə məxsus A330 təyyarəsi Kalininqrad yaxınlığında Rusiya hava məkanında uçarkən naviqasiya sistemlərini sıradan çıxarmaq cəhdi ilə qarşılaşıb. Vətəninfo.az xəbər verir ki, bu barədə  Europa Press xəbər verir.

Hadisə Roblesin Litvadakı Şyaulyai aviabazasına uçması zamanı baş verib. Agentliyin mənbələri aydınlaşdırıb ki, GPS-i pozmaq cəhdi heç bir nəticə verməyib: təyyarə birbaşa hərbi peykdən təlimat almağa davam edib.

Təyyarənin göyərtəsində həmçinin VİLKAS hava-taktiki eskadrilyasında xidmət edən ispan hərbçilərinin qohumları, habelə nümayəndə heyətini müşayiət edən jurnalistlər olub.

Nazir Robles Litvanın müdafiə naziri ilə görüşmək və Rusiyanın regionda qarşısını almaq səyləri çərçivəsində NATO ilə əlaqələndirilmiş birgə fəaliyyətlərdə iştirak etmək üçün Şiaulyai Hərbi Hava Bazasına səfər edib.

Seçilən
23
veteninfo.az

1Mənbələr