Azərbaycan dövləti bu kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bu istiqamətdə həyata keçirilən tədbirlər mütəmadi olaraq, mərhələli şəkildə davam etdirilir. Bu diqqət və qayğının nəticəsi olaraq, indiyədək xeyli sayda ailə yeni mənzillərlə təmin olunub.
“Yeni Sabah” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, qeyd edilən istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Gəncə şəhərində və Ağdaş rayonunda da bu kateqoriyaya aid olanlara yeni mənzillər veriləcək. Dominos pizza
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Gəncə şəhərində 16 ədəd birotaqlı, 16 ədəd ikiotaqlı və 8 ədəd üçotaqlı mənzilin, Ağdaş rayonunda isə 20 ədəd ikiotaqlı və 27 ədəd üçotaqlı mənzilin verilməsi ilə bağlı hazırlıqlara başlayıb.
Qurum həmin ailələrə verilməsi üçün sözügedən mənzillərin satınalınmasına isə 6,5 milyon manatdan çox vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
10Mənbələr
-
ulusum.azDövlət bu şəxslərə yeni mənzillər verəcək ( 21727600)
-
turkustan.azDövlət bu şəxslərə yeni mənzillər verəcək ( 21725986)
-
Ajans.azDövlət bu şəxslərə yeni mənzillər verəcək ( 21724450)
-
onn.azDövlət bu şəxslərə yeni mənzillər verəcək ( 21724444)
-
konkret.azDövlət bu şəxslərə yeni MƏNZİLLƏR VERƏCƏK ( 21723772)
-
axar.azDövlət bu şəxslərə yeni mənzillər verəcək ( 21723409)
-
tribunainfo.azDövlət bu şəxslərə yeni mənzillər verəcək ( 21722377)
-
redaktor.azAzərbaycanda bu şəxslərə yeni mənzillərVERİLƏCƏK ( 21721741)
-
sonxeber.azAzərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək ( 21720364)
-
yenicag.azBu şəxslərə yeni mənzillər veriləcək ( 21719119)