AZ

Azərbaycanda bankların kredit portfelinin dinamikası üzrə RENKİNQİ -II RÜB/2025

Finss.az - 2025-ci ilin 2-ci rübündə Azərbaycan bank sektorunda kredit portfeli göstəriciləri açıqlanıb.

Məlumata görə, Azərbaycan Beynəlxalq Bankı (ABB) ən böyük kredit portfelinə sahib olub834,748 min AZN-lik portfel ilə 14,4% gəlir əldə edib. Kapital Bankın kredit portfeli 588,727 min AZN təşkil edib və faiz göstəricisi 12,3% olub. Bank Respublika ASC-nin kredit portfeli 283,298 min AZN, faiz göstəricisi isə 22,8% səviyyəsində qeydə alınıb.

Ziraat Bank Azərbaycan ASC 200,650 min AZN kredit portfeli ilə yüksək faiz (47,2%) tətbiq edən bank kimi fərqlənib. PAŞA Bankın portfeli 193,965 min AZN, faizi isə 6,3% təşkil edir. Yelo Bank 148,490 min AZN portfel ilə 17,5% faiz, Rabitəbank isə 144,302 min AZN portfel ilə 18,9% gəlir əldə edib.

Digər banklardan AccessBank 143,666 min AZN portfel ilə 13,3%, Bank of Baku 104,351 min AZN portfel ilə 14,6%, Unibank isə 108,334 min AZN portfeli ilə 9,9% faiz göstəricisinə malik olub. Yapı Kredi Bank 70,706 min AZN portfel ilə 22,5%, AFB Bank isə 32,482 min AZN ilə 19,1% faiz göstərib.

Eyni zamanda, mənfi göstərici göstərən banklar da olub. Xalq Bankın kredit portfeli -46,527 min AZN, Bank BTB-nin -5,757 min AZN, Bank Avrasiyanın -1,602 min AZN, Bank Melli İran Bakı filialı isə -2,199 min AZN təşkil edib. Bank Melli İran Bakı filialı -47,5% faiz göstəricisi ilə kritik vəziyyətdədir.

S/N

Bank

Kredit Portfeli (min AZN)

Faizlə

1

Ziraat Bank Azərbaycan ASC

200,650

47,2%

2

Bank Respublika ASC

283,298

22,8%

3

Yapı Kredi Bank Azərbaycan QSC

70,706

22,5%

4

AFB Bank ASC

32,482

19,1%

5

Rabitəbank ASC

144,302

18,9%

6

Azərbaycan Sənaye Bankı ASC

45,727

17,7%

7

Yelo Bank ASC

148,490

17,5%

8

Bank of Baku ASC

104,351

14,6%

9

Azərbaycan Beynəlxalq Bankı (ABB) ASC

834,748

14,4%

10

Expressbank ASC

61,705

14,0%

11

AccessBank QSC

143,666

13,3%

12

Kapital Bank ASC

588,727

12,3%

13

Bank VTB (Azərbaycan) ASC

23,882

11,2%

14

Unibank KB ASC

108,334

9,9%

15

TuranBank ASC

50,832

7,9%

16

Azər Türk Bank ASC

54,873

7,3%

17

PAŞA Bank ASC

193,965

6,3%

18

Premium Bank ASC

3,598

0,8%

19

Bank Avrasiya ASC

-1,602

-1,2%

20

Bank BTB ASC

-5,757

-2,0%

21

Xalq Bank ASC

-46,527

-2,5%

22

Bank Melli İran Bakı filialı

-2,199

-47,5%

Fuad Mədətov
Finss.az

Seçilən
3
fins.az

1Mənbələr