Finss.az - 2025-ci ilin 2-ci rübündə Azərbaycan bank sektorunda kredit portfeli göstəriciləri açıqlanıb.
Məlumata görə, Azərbaycan Beynəlxalq Bankı (ABB) ən böyük kredit portfelinə sahib olub və 834,748 min AZN-lik portfel ilə 14,4% gəlir əldə edib. Kapital Bankın kredit portfeli 588,727 min AZN təşkil edib və faiz göstəricisi 12,3% olub. Bank Respublika ASC-nin kredit portfeli 283,298 min AZN, faiz göstəricisi isə 22,8% səviyyəsində qeydə alınıb.
Ziraat Bank Azərbaycan ASC 200,650 min AZN kredit portfeli ilə yüksək faiz (47,2%) tətbiq edən bank kimi fərqlənib. PAŞA Bankın portfeli 193,965 min AZN, faizi isə 6,3% təşkil edir. Yelo Bank 148,490 min AZN portfel ilə 17,5% faiz, Rabitəbank isə 144,302 min AZN portfel ilə 18,9% gəlir əldə edib.
Digər banklardan AccessBank 143,666 min AZN portfel ilə 13,3%, Bank of Baku 104,351 min AZN portfel ilə 14,6%, Unibank isə 108,334 min AZN portfeli ilə 9,9% faiz göstəricisinə malik olub. Yapı Kredi Bank 70,706 min AZN portfel ilə 22,5%, AFB Bank isə 32,482 min AZN ilə 19,1% faiz göstərib.
Eyni zamanda, mənfi göstərici göstərən banklar da olub. Xalq Bankın kredit portfeli -46,527 min AZN, Bank BTB-nin -5,757 min AZN, Bank Avrasiyanın -1,602 min AZN, Bank Melli İran Bakı filialı isə -2,199 min AZN təşkil edib. Bank Melli İran Bakı filialı -47,5% faiz göstəricisi ilə kritik vəziyyətdədir.
S/N |
Bank |
Kredit Portfeli (min AZN) |
Faizlə |
---|---|---|---|
1 |
Ziraat Bank Azərbaycan ASC |
200,650 |
47,2% |
2 |
Bank Respublika ASC |
283,298 |
22,8% |
3 |
Yapı Kredi Bank Azərbaycan QSC |
70,706 |
22,5% |
4 |
AFB Bank ASC |
32,482 |
19,1% |
5 |
Rabitəbank ASC |
144,302 |
18,9% |
6 |
Azərbaycan Sənaye Bankı ASC |
45,727 |
17,7% |
7 |
Yelo Bank ASC |
148,490 |
17,5% |
8 |
Bank of Baku ASC |
104,351 |
14,6% |
9 |
Azərbaycan Beynəlxalq Bankı (ABB) ASC |
834,748 |
14,4% |
10 |
Expressbank ASC |
61,705 |
14,0% |
11 |
AccessBank QSC |
143,666 |
13,3% |
12 |
Kapital Bank ASC |
588,727 |
12,3% |
13 |
Bank VTB (Azərbaycan) ASC |
23,882 |
11,2% |
14 |
Unibank KB ASC |
108,334 |
9,9% |
15 |
TuranBank ASC |
50,832 |
7,9% |
16 |
Azər Türk Bank ASC |
54,873 |
7,3% |
17 |
PAŞA Bank ASC |
193,965 |
6,3% |
18 |
Premium Bank ASC |
3,598 |
0,8% |
19 |
Bank Avrasiya ASC |
-1,602 |
-1,2% |
20 |
Bank BTB ASC |
-5,757 |
-2,0% |
21 |
Xalq Bank ASC |
-46,527 |
-2,5% |
22 |
Bank Melli İran Bakı filialı |
-2,199 |
-47,5% |
Fuad Mədətov
Finss.az