ain.az, GlobalInfo saytına istinadən bildirir.
ABŞ dövlət katibi Marko Rubio Ermənistan və Azərbaycanı davamlı sülh yoluna çıxarmaqda ABŞ Prezidenti Donald Trampın nailiyyətinin əhəmiyyətini vurğulayıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Rubionun təşkil etdiyi Transatlantik şam yeməyi ilə bağlı bəyanatında qeyd edilib.
Dövlət katibi sülhün qorunması və rifahın əldə edilməsi üçün Transatlantik tərəfdaşlığın əhəmiyyətini, NATO-ya üzv dövlətlərin çəkindirməni gücləndirmək üçün müdafiə xərclərini artırmaqla bağlı tarixi öhdəliyini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Rubio həmçinin Çinin “bədxassəli təsiri”nə qarşı durmağın vacibliyini qeyd edib.
Yaxın Şərqdə sabitliyə nail olmaq üçün birgə əməkdaşlıq, o cümlədən İranın heç vaxt nüvə silahı inkişaf etdirməməsi və ya əldə etməməsini təmin etmək, Ermənistan və Azərbaycanı davamlı sülh yoluna çıxarmaqda ABŞ Prezidentinin nailiyyətindən bəhs edib.
Qeyd edək ki, dövlət katibi Marko Rubio Aİ və NATO-ya üzv ölkələrin xarici işlər nazirləri, NATO-nun Baş katibi Mark Rutte, Avropa İttifaqının Ali Nümayəndəsi Kaya Kallas, Azərbaycan, Ermənistan, İsveçrə və Ukraynanın xarici işlər nazirləri ilə 2025-ci il Transatlantik şam yeməyinə ev sahibliyi edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.