AZ

Kanatın qırılması nəticəsində 7 rahib öldü: Müqəddəs yerdən qayıdırdılar

Şri-Lankada kanatın qırılması nəticəsində yeddi buddist rahib ölüb, bir neçəsi yaralanıb.

Publika.az bu barədə “Daily Mirror”a istinadən xəbər verir.

Səlahiyyətlilər qəzanın rahibləri dağın zirvəsinə aparan vaqonu dəstəkləyən kabelin qırılması nəticəsində baş verdiyini ehtimal edir.

“Qəza dünən axşam saat 21:00 radələrində, 13 rahib müqəddəs yerdə dini ayinləri yerinə yetirdikdən sonra monastıra qayıdarkən baş verib”, – nəşrin polisdəki mənbələrə istinadən verdiyi məlumatda deyilir.

Qeyd olunur ki, iki rahib vaqondan tullana bilib və yüngül xəsarətlərlə xilas olub, daha dörd rahib isə ağır yaralanıb.

Seçilən
80
publika.az

1Mənbələr