AZ

Böyük Britaniyada anbarda güclü partlayış: Detonasiya davam edir

Britaniyanın Suindon şəhərində güclü partlayış baş verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Sky News” xəbər verib.

Bildirilir ki, ərazidə yerləşən anbarlar partlayıb və səslərdən ehtimal edilir ki, detonasiya davam edir.

Yerli mətbuat orqanları partlayışın sənaye zonasında baş verdiyini qeyd edirlər. Konkret olaraq nəyin yandığı barədə məlumat verilməsə də, ətraf evlərdəki sakinlərin təxliyə edildiyi vurğulanır.

Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.

Seçilən
0
2
editor.az

3Mənbələr