AZ

Alimlər bəslənmənin saç tökülməsi və böyüməsinə təsirini araşdırıblar

Bəzi qidalar saç tökülməsini sürətləndirir, digərləri isə saçların sağlam böyüməsinə kömək edir.

Editor.az bu barədə Medical Xpress-in Nutrition and Health jurnalına istinadla yazıb.

Mütəxəssislər bu mövzuda aparılmış 17 elmi araşdırmanı təhlil ediblər. Nəticələr göstərib ki, şəkərli və spirtli içkilərin qəbulu saç tökülməsi riskini artırır.

Florida Universitetinin Qida Elmləri və İnsan Qidalanması fakültəsinin dosenti, diyetoloq Laura Akosta izah edib ki, çoxlu miqdarda şəkər istehlak olunduqda insulin səviyyəsi yüksəlir, bu da iltihab yaradır və saçın təbii böyümə dövrlərini poza bilər. Onun sözlərinə görə, spirt birbaşa saç tökülməsinə səbəb olmasa da, qida çatışmazlığına, maddələrin udulmasında problemlərə, qaraciyərin yüklənməsinə, zəif yuxuya və iltihabın artmasına gətirib çıxarır ki, bu da nəticədə saçlara mənfi təsir göstərir.

Alimlər bildiriblər ki, qeyri-kafi protein qəbulu da saçların zəifləməsinə və tökülməsinə səbəb ola bilər. Əksinə, edamame və ya tofu kimi soya əsaslı məhsullar, həmçinin brokoli və gül kələmi kimi xaççiçəklilər ailəsinə aid tərəvəzlər saçların sağlam böyüməsini dəstəkləyir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr