2025/26 mövsümündə “Real” (Madrid) və “Barselona” arasındakı ilk “El-Klasiko”nun vaxtı məlum olub.
Sportinfo.az xəbər verir ki, məlumatı La Liqanın mətbuat xidməti yayıb.
Bütün dünyada maraqla gözlənilən qarşılaşma oktyabrın 26-da keçiriləcək.
“Santyaqo Bernabeu” stadionunda baş tutacaq görüşə Bakı vaxtı ilə saat 19:15-də start veriləcək.
Hazırda “Real” 6 oyundan topladığı 18 xalla turnir cədvəlinə liderlik edir. “Barselona” isə 13 xalla ikinci yerdə qərarlaşıb.
İspaniyanın son çempionu “Barselona” olub, “Real” isə ötən mövsümü ikinci pillədə başa vurub.