AZ

Tacir Xatirə ilə qalmaqala son qoydu

Tacir Şahmalıoğlu Xatirə İslamla arasında yaranan qalmaqala aydınlıq gətirib.
O, Xatirə İslamın iddialarına cavab verib.
 
"Tarixin bir günü" verilişində qonaq olan sənətçi, Xatirədən küsmədiyini bildirib:

"Xatirədən heç vaxt küsə, inciyə bilmərəm. O qabağından yeməyən, mərd qızdır. Xatirə ilk dəfə mənim yanıma gələndə ona yox deyə bilərdim, yanıma qəbul etməyə bilərdim. Amma demədim, sevə-sevə yanımda toylara apardım. Sonra öz yolunu seçmək istədi. İndi deyir ki, Tacir mənə nə öyrədib? Bəs öyrənmək nəyə deyirsən? Axı sən öyrənmək istəmədin, tez getdin. Oğlum Şahmalı onun mahnısını oxumaq istəyəndə ona zəng etdik, bir xanım götürdü. Dedim ki, mən filankəsəm, Xatirə ilə danışmaq istəyirəm. Baş üstə dedi və o gedən oldu. Mənimlə danışmadı".
 
Xatırladaq ki, Tacir Şahmalıoğlu Xatirə İslamın öz tələbəsi olduğunu demişdi. Xatirə isə sosial media hesabında video yayımlayaraq onun sözlərini yalanlamışdı.
 
 

Seçilən
7
7news.az

1Mənbələr