AZ

Cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı

Bakıda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı həyata keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, sentyabrın 29-da start götürəcək və 5 gün davam edəcək proqram çərçivəsində təcrübəli yerli mütəxəssislərin nəzəri və praktiki sessiyaları təşkil olunacaq. İştirak üçün müraciət edən ilk 30 məşqçi peşəkar inkişaf proqramına qəbul ediləcək.

Bu proqram Beynəlxalq Cüdo Federasiyası Akademiyasında təhsil almaq istəyən məşqçilər üçün önəmlidir. Proqramı uğurla başa vuran məşqçilərə sertifikat təqdim olunacaq.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
6
5
xalqqazeti.az

6Mənbələr