Ali məktəbdə Gənclər Fondunun “Rəqəmsal” mövzulu qrant müsabiqəsi çərçivəsində “SmartYurd – veb-saytının yaradılması” adlı layihə uğurla həyata keçirilib. Bu günlərdə Qarabağ Universiteti tələbələri üçün yataqxana həyatını rəqəmsallaşdıran “SmartYurd” (smartyurd.az) platforması istifadəyə verilib.
“SmartYurd” Qarabağ Universitetinin tələbələri üçün xüsusi olaraq hazırlanmış müasir rəqəmsal yataqxana idarəetmə sistemidir. Veb-saytın əsas məqsədi yataqxana ilə bağlı prosesləri optimallaşdırmaq, tələbələr üçün daha rahat, şəffaf və səmərəli mühit yaratmaq, idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasına töfhə verməkdir.
Layihənin rəhbəri Qarabağ Universitetinin Keyfiyyətin təminatı və strateji inkişaf şöbəsinin müdiri Heydər Rzayev, layihənin koordinatoru isə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin ikinci kurs tələbəsi Fərid Fətullayevdir.
XQ