AZ

İmişlidə zəhərlənənlərin sayı 58 nəfəri keçdi


Dünən İmişlidə toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı daha dörd nəfər xəstəxanaya müraciət edib. TƏBİB-dən mətbuata verilən məlumatda deyilir ki,sentyabrın 24-də zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.

Mətləb

Seçilən
21
21
baki-xeber.com

10Mənbələr