AZ

Bakı metrosunda bu stansiyanın tikintisində növbəti mərhələyə start verib


"Bakı Metropoliteni" QSC Bənövşəyi xəttin layihə adı "B-04" olan stansiyasında tikinti işlərinin növbəti mərhələsinə start verib. Tikinti işlərinin gedişi ilə yerində tanış olmaq üçün əraziyə mediatur təşkil olunub. Bildirilib ki, bu mərhələdə inşaatla yanaşı, stansiyanın daxili infrastrukturunun qurulmasına da başlanılıb. Hazırda xidməti sahələr və otaqların tikintisi, arakəsmələrin quraşdırılması, üzləmə işlərinə hazırlıq tədbirləri həyata keçirilir. Mərtəbələr üzrə eskalatorların quraşdırılması artıq başa çatıb, onların sazlama və sınaq işləri isə inşaatın yekun mərhələsində icra olunacaq. Paralel olaraq havalandırma və soyutma sistemlərinin, o cümlədən güclü ventilyatorların quraşdırılmasına başlanılıb.

Bundan başqa, platformaaltı səviyyədə qrunt sularının toplanması üçün dərinliyi 7 metr olan 3 xüsusi anbar inşa olunub. Hər bir quyudan suların xaric edilməsi məqsədilə suvurma sistemləri və daimi kommunikasiya xətləri çəkilir. Elektrik yarımstansiyası üçün dünyanın aparıcı istehsalçılarından gətirilmiş avadanlıqlar artıq quraşdırılır. Yeddi vaqonlu qatarların qəbul ediləcəyi sərnişin platformasının uzunluğu 144 metr olacaq. Buradan "8 Noyabr" stansiyasına qədər 1010 və 1021 metr uzunluğunda hər iki tuneldə dəmir yolu xətləri çəkilib.

Mətləb Salahov

Seçilən
39
18
baki-xeber.com

10Mənbələr