AZ

Gələcəkdə Azərbaycanda istehsal olunacaq "yaşıl hidrogen" Türkiyə vasitəsilə Avropaya nəql edilə bilər"


Beynəlxalq Enerji Agentliyinin "EU4Energy" proqramı ilə bağlı Azərbaycan üzrə eksperti Pərviz Qəribzadə Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bəyan edib ki, Cənubi Qafqaz regionu bərpa olunan enerji mənbələrinin nəqlində tranzit mərkəz olacaq. Onun sözlərinə görə, bərpa olunan enerji sahəsinin inkişafı üçün qonşu ölkələrlə əlaqələr, inteqrasiya mühüm əhəmiyyət kəsb edir.
SİTAT: "Azərbaycanın Rusiya, İran, həmçinin Gürcüstanla bu mənada yaxşı əlaqələri var. Ermənistanla sülh sazişi imzaladıqdan sonra üç Cənubi Qafqaz ölkəsi arasında yaxşı sərhədlərarası əməkdaşlıq qurulacaq. Gələcəkdə Azərbaycanda istehsal olunacaq "yaşıl hidrogen" də Türkiyə vasitəsilə Avropaya nəql edilə bilər".

Mətləb

Seçilən
30
1
baki-xeber.com

2Mənbələr