AZ

"Apple" Intel-in növbəti investoru ola bilər

Müəllif:Mehin Qasımova,Banco.az

Amerikanın "Intel" korporasiyası tərəfdaşlıq və investisiya təklifi ilə Apple Inc-ə müraciət edib.

Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat verib.

"Intel" həmçinin digər potensial investorlarla şirkətə potensial investisiyalar barədə danışıqlar aparır.

"Apple" uzun müddət öz kompüterlərində "Intel" çiplərindən istifadə edib, lakin 2020-ci ildə öz prosessorlarına keçməyə başladı. 2019-cu ildə "Apple" Intel-in modem çipləri biznesinin çox hissəsini aldı.

Ötən həftə çip istehsalçısı Nvidia Corp-un rəqibinə 5 milyard dollar sərmayə qoyacağı açıqlandı. Əvvəllər bildirilirdi ki, ABŞ hökuməti “Intel”in 10% payını alıb, Yaponiyanın “SoftBank Group” isə şirkətə 2 milyard dollar sərmayə qoyub.

Çərşənbə günü "Intel" səhmləri 6,4% artdı və işdən sonrakı sessiyada daha 2,2% əlavə etdi. Avqustun əvvəlindən şirkətin bazar kapitallaşması 60%-dən çox artıb.

Seçilən
7
banco.az

1Mənbələr