AZ

Bu şərtlərlə Fələstini dövlət kimi tanıyacaq

İtaliyanın baş naziri Giorgia Meloni BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyası çərçivəsində hökumətin Fələstini tanımaq üçün parlamentə təklif təqdim edəcəyini açıqlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Meloni bunun yalnız bütün girovların azad edilməsi və HƏMAS-ın Qəzzadan və onun idarəçiliyindən tamamilə uzaqlaşdırılması şərti ilə həyata keçiriləcəyini bildirib.

"Mən Fələstinin tanınmasının əleyhinə deyiləm, lakin biz prioritetlərimizi düzgün təyin etməliyik", - deyə o, ifadə edib.

Meloni  həmçinin beynəlxalq təzyiqlərin İsraildən çox HƏMAS-a yönəlməsi lazım olduğunu bildirərək, "HƏMAS müharibəni başlatandır və girovları geri qaytarmaqdan imtina edərək müharibəni bitirməkdən imtina edir", - deyib. 

Gülayə Mecid 

Seçilən
38
unikal.az

1Mənbələr