AZ

İlqar Hüseynli: “Əczaçılıq səhiyyə sisteminin aparıcı sahələrindən biridir”

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Ümumdünya Əczaçılar Günü ilə bağlı açıqlamasında bildirib ki, səhiyyə sistemi zəncirvari şəkildə bir-birinə bağlı peşələrdən ibarətdir və bu zəncirdə əczaçılıq mühüm rol oynayır.

Onun sözlərinə görə, əczaçılıq qədim bir peşədir və tarixi təbii vasitələrdən müalicələrlə başlayıb. Elm və kimya texnologiyasının inkişafı ilə isə əczaçılıq sənayesi formalaşıb.

“Vaxtilə Bakıda, o cümlədən Keşlə qəsəbəsində əczaçılıq zavodları fəaliyyət göstərirdi. Bu zavodlar kifayət qədər dərman preparatları istehsal edirdi. Hazırda da bir neçə əczaçılıq zavodu fəaliyyət göstərsə də, onların həyati əhəmiyyətli dərman vasitələrinin istehsalında rolu hələ ki, məhduddur. Mən çox istərdim ki, bu sahədə zavodların sayı artsın və ölkəmizin ehtiyac duyduğu vacib preparatlar istehsal edilsin".

Qeyd edək ki, bu gün bütün dünyada Beynəlxalq Əczaçı Günü qeyd olunur. Beynəlxalq Əczaçı Günü 2009-cu ilin 25 sentyabr tarixində Beynəlxalq Əczaçılıq Federasiyası (International Pharmaceutical Federation)  tərəfindən hər il İstanbulda keçirilən Konqresdə təsis edilib. 
 

Ardı var...

 

Pərvanə Fərhadqızı

Seçilən
61
qht.az

1Mənbələr