AZ

Azərbaycanda ilk dəfə kasetli silahlar problemi barədə hesabat hazırlanıb

Bakı. Trend:

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai BirliyiAzərbaycan Respublikası ərazisində ilk dəfə olaraq kasetli silahlarproblemi barədə təhqiqat aparıb.

Trend xəbərverir ki, kasetli silahlar probleminin miqyası və qurbanları barədəyerli və beynəlxalq ictimaiyyətin məlumatlanlandırılması üçünAzərbaycan və ingilis dillərində hesabat hazırlanıb və çapetdirilib.

Hesabatda bildirilib ki, işğaldan azad edilmiş ərazilərdəqeyri-texniki tədqiqat (fiziki müdaxilə edilmədən təhlükəli ərazidəpartlayıcı sursatların olub- olmaması, olduğu halda onların növününvə yerinin müəyyən edilməsi ilə bağlı məlumatların toplanılması vətəhlili sahəsində işlər) və texniki tədqiqat (fiziki müdaxiləedilməklə təhlükəli ərazidə partlayıcı sursatların olub-olmaması,olduğu halda onların növünün və yerinin müəyyən edilməsi ilə bağlıməlumatların toplanılması və təhlili sahəsində işlər) işləri tambaşa çatdıqdan sonra kasetli silahlarla çirklənmənin tam miqyasıdaha dəqiq bilinəcək.

Beləliklə, bu layihə çərçivəsində Füzuli, Beyləqan, Goranboy,Tərtər, Bərdə rayonlarına və Mingəçevir şəhərinə kasetli silahlarlaedilən hücümlar zamanı uşaqlar və qadınların daxil olduğu mülkiəhali arasında kasetli silah qurbanlarının olduğu, dinc sakinlərəməxsus fərdi yaşayış evlərinin, nəqliyyat vasitələrinin vəkommersiya obyektlərinin zərər çəkdiyi müəyyən edilib.

Bundan başqa Mingəçevir İstilik Elektrik Stansiyasına vəbeynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçdiyiəraziyə də kasetli silahlarla hücumların olduğu müəyyən edilib.

Təhqiqat zamanı aparılmış monitorinqlər, rəsmi şəxslərlə vəkasetli silah qurbanları ilə keçirilmiş görüşlər və müsahibələrgöstərir ki, kasetli silahlarla zərbə endirilmiş ərazilərdə şəxsiheyət, hərbi texnika və ya nəqliyyat vasitələri olmayıb.

Seçilən
27
1
az.trend.az

2Mənbələr