Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşəcək.
Missiya.Az xəbər verir ki, bu barədə “TRT HABER” məlumat yayıb.
“Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Vaşinqtonda ABŞ dövlət başçısı Donald Trampla görüşəcək", - deyə vurğulanıb.
Qeyd edək ki, Türkiyə lideri BMT Baş Assambleyasının sammitində iştirak etmək üçün ABŞ-də səfərini davam etdirir.
Daşqın HəsənovMissiya.Az