AZ

1 ci Azərbaycan Birləşmiş Krallıq siyasət dialoqunun açılış mərasimi keçirilir YENİLƏNİR

ain.az bildirir, Sia Az saytına əsaslanaraq.

ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun (Institute for Development and Diplomacy – IDD) təşkilatçılığı ilə 1-ci Azərbaycan - Birləşmiş Krallıq siyasət dialoqunun açılış mərasimi keçirilir. SİA xəbər verir ki, Britaniya-Azərbaycan Ticarət Palatası və bp şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən tədbirdə 50-dən çox ekspert iştirak edir. İştirakçılar arasında parlament üzvləri, yüksək vəzifəli hökumət rəsmiləri, universitetlərin və beyin mərkəzlərinin tədqiqatçıları, media nümayəndələri və müstəqil ekspertlər yer alıb.

İki gün davam edəcək tədbir dəyişən qlobal nizamda Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli münasibətləri və strateji tərəfdaşlıq, Cənubi Qafqazda regional təhlükəsizlik, əməkdaşlıq, xarici siyasət prioritetləri, enerji əməkdaşlığı, təhsil, elm və innovasiya yolu ilə ictimai diplomatiya məsələlərinə həsr olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
3
sia.az

6Mənbələr