AZ

“Port Baku” yaxınlığında metro stansiyası inşa ediləcək

“Port Baku” kimi məşhur olan ərazidə metro stansiyasının inşası nəzərdə tutulub.

Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, “Şah İsmayıl Xətai” stansiyasının yaxınlığında “yaşıl xətt”ə daha bir keçid imkanı yaradılacaq:

“Babək prospekti üzərində şəhər istiqamətində ilk nəhəng stansiyamız inşa olunacaq. Bu isə o deməkdir ki, sıx hərəkət olan prospekt boyunca da insanlara daha rahat şərait yaradılacaq”.

Seçilən
19
24
banco.az

10Mənbələr