AZ

Ueyn Runi səsvermənin nəticəsindən narazı qalıb

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi "Qızıl top"un səsverməsinin nəticələrindən narazı qalıb. Sport24.az xəbər verir ki, veteran futbolçu bununla bağlı "Barca Universal" portalına açıqlama verib:

"Bu, sadəcə xoşagəlməz zarafatdır. Necə olur ki, Rafinya yalnız beşinci, Vitinya üçüncü oldu? Axı, əsas məqamlarda komandasını arxasınca aparan, ürəklə və canla oynayan və bizə sehrli axşamlar bəxş edən Rafa idi. Bəyəm bu, "Qızıl top"u almaq üçün yetərli deyil? Mükafatı almaq üçün başqa nə lazımdır? Məncə, Rafinya birinci yerə layiq idi".

Qeyd edək ki, braziliyalı ötən mövsüm bütün turnirlərdə 57 oyun keçirib, 34 qol vurub və 25 məhsuldar ötürmə edib. Rafinya "Barselona" ilə La Liqanı, Kral Kubokunu və İspaniya Super Kubokunu qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
sport24.az

1Mənbələr