AZ

“Gənclərimiz təhsil aldıqdan sonra ölkəyə qayıtmaq istəmirlər” Ekspert

ain.az bildirir, Adelet.az portalına istinadən.

“Hazırda Türkiyədə təhsil alan əcnəbi tələbələrin sayı durmadan artır. Xüsusilə də tibb, mühəndislik ixtisasları üzrə. İT, İnşaat, Maliyyə mühəndisliyi və tibb ixtisasları çox yayılıb. Tibb ixtisası üzrə Azərbaycandan Türkiyəyə təhsil almağa gedənlərin sayı hər il artır. Yüksək reytinqli universitetlərdə ingiliscə faundetion oxumaq məcburiyyəti də var. Əlbəttə ki, tələbə dil başarı imtahanından keçə bilməsə artıq 1 il də oxumalıdır. Reytinqli universitetlərə qəbul alan azərbaycanlı tələbələr Azərbaycan orta təhsil attestatı ilə ödənişli oxuyurlar”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Razi Abasbəyli deyib. 

Ekspert bildirib ki, təhsil haqqı da kifayət qədər yüksəkdir:

“Buna baxmayaraq Orta Asiyadan, Yaxın Şərqdən də Türkiyəyə təhsil almağa gələnlərin sayı kifayət qədər çoxdur. Rəsmi məlumatlara əsasən 2024-2025-ci tədris ilində Türkiyədə 340 min nəfər əcnəbi tələbə təhsil alıb. Bu sayın bir az da artması proqnozlaşdırılır. Əgər 2002-ci ildə 16 000, 2005-2006-cı illərdə 15 500, 2011-2012-ci illərdə 31 min 170, 2013-2014-cü illərdə 48 min 183, 2018-2019-cu illərdə 125 min 138, 2022-2023-cü ildə 301 min 694 əcnəbi tələbə Türkiyədə təhsil alırdısa, 2024-2025-ci illərdə bu rəqəm 340 min nəfərə qədər artıb”. 

R.Abasbəyli deyib ki, lakin Azərbaycandan Türkiyədə təhsil almağa gedənlərin sayında kəskin azalma var: 

“Rəsmi məlumata görə hazırda Türkiyədə 27 min nəfər azərbaycanlı tələbə təhsil alır. 2019-2020-ci ildə bu rəqəm 45 min 200 nəfər idi. İki dəfə azalma. Bu azalmanın başlıca səbəbi Türkiyədə kəskin bahalaşma, yaşam xərclərinin artması, Azərbaycanın quru sərhədlərinin bağlı olmasıdır. Türkiyədə ilk beşlikdə olan universitetlərdən qəbul almaq kifayət qədər çətindir. Daha aşağı reytinqli Universitetlərdə və həm də ödənişli təhsil almaq isə sərfəli deyil. Məsələn Türkiyədə Tokat əyalətində hansısa universitetdən attestatla qəbul almaq və illik 5 min manat də təhsil haqqı ödəmək artıq iqtisadi baxımdan sərfəli deyil. Bir tələbənin aylıq yaşam xərci 1000 manatdır. Belə olan təqdirdə insanlarımız fərqli istiqamətlər axtarıb tapır. "Onsuz da ödənişlidir". "Onsuz da aylıq 1000 manat vəsait xərcləyəcəm" deyə düşünən valideyn övladını daha rahat coğrafiyalara təhsil almağa yollayır.  Məsələn Estoniyaya. Paytaxt tallində bir tələbənin yataqxana xərci 250 avro, aylıq yaşam xərci də bir o qədər edir. 500 avro ümumi aylıq xərc. Üstəlik Avropada təhsil almaq. Təhsil müddətində adaptasiya olunmaq. Eyni zamanda qəbul aldığı tutaq ki, ingilis dili ilə yanaşı yaşadığı ölkənin də dilini öyrənmək. Tələbələr üçün dərhal tapa biləcəkləri iş yeri var. Yəni istəsə tələbə dərsdən sonra saatı 12 avrodan olmaqla həftəlik rəsmi icazəylə 20 saat işləyə bilər. Bu da aylıq 480 avro gəlir deməkdir. Savadı, biliyi olmayan, ali təhsil diplomu almaq istəyən, universitetin heç bir fərqinin olmaması prinsipi ilə müraciət edənlər və əsasən də hərbi xidmətdən möhlət almaq ustəyənlər üçünsə Türkiyəyə alternativ ölkələr var. Məsələn Ukrayna. Ukrayna hələ də "hərbi xidmətdən möhlət", "İmtahansız attestatla, illik 800 dollara" təhsil "verir" Ən azı 4 il bakalavr, 2 il də magistr təhsili 6 illik hərbi xidmətdən möhlət hüququ yaradır”. 

O, deyib ki, xaricdə təhsil alan gənclərimiz ölkəyə qayıtmaq istəmirlər:

“Beləliklə, azərbaycanlı savadlı gənc sözün əsl mənasında pulunu da, başını da götürüb gedir ölkədən. Savadlı gənclərimiz istər Türkiyənin reytinqli universitetində olsun, istərsə də Avropa universitetlərində təhsil aldıqdan sonra ölkəyə qayıtmaq istəmirlər. Savadsız əsgərlikdən möhlət hüququ "qazananlar" isə qalır ölkədə. Cənablar Azərbaycandan hər il milyonlarla dollar valyuta məhz tələbə ixracatında sərf edilir. Beyin axını ölkəmizi çox müəmmalı bir gələcəyə daşıyır. Artıq Azərbaycanın süverenliyi bərpa olunub. Torpaqlarımız işğaldan azad edilib. Bundan sonra peşəkar orduya keçid lazım deyilmi? Əsgərlik xofunu ortadan qaldırıb gənclərin kütləvi olaraq orduya aparılmasının başqa bir formasını düşünüb tapmaq olmazmı? Bu ən azından ordumuzun xərclərini azaldar. Ölkədən əsgərlik qorxusundan xaricə attestatla "təhsil" almağa gedənlərin sayı azalar. Məncə artıq zamanı çatıb”. 

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
adalet.az

2Mənbələr