AZ

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft nəqli 21,6 mln tona düşüb

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neftin nəqli 2025-ci ilin yanvar-iyulunda ötən ilin eyni dövrünə nisbətən azalaraq 21,6 milyon tona düşüb. Bu barədə Reuters. Şef redaktoru Açeksandr Erşov Xəzər və Mərkəzi Asiya - neftayırma, neft kimyası , ticarət və loqistika” konfransında çıxışı zamanı bildirib.

Bu dövrdə Azərbaycanın neft ixracı 17,3 milyon tondan 16,2 milyon tona enib. 

Tranzit neftin həcmi də 3,2 milyon tondan 2,6 milyon tona düşüb. 

BTC kəməri ilə Azərbaycanla yanaşı, Qazaxıstan və Türkmənistan da neft ixrac edir.

İyulda BTC ilə daşınan “Azeri BTC” markalı neftin ayrı-ayrı partiyalarında xlororqanik maddələrin normadan artıq olması aşkar edilib və bu səbəbdən Ceyhan limanından yükləçələr dayandırılıb. 

Nəticədə Qazaxıstanın xam neftinin də BTC ilə daşınması  müvəqqəti dayandırılıb. 

Qazaxıstan sentyabrın 13-də Kaşağan yatağından BTC marşrutu üzrə ixracı bərpa edib. 

Ölkə 2025-ci ildə BTC ilə 1,7 milyon ton xam neft nəql etməyi planlaşdırır.

Gülnar Nazimqızı

Seçilən
14
1
anews.az

2Mənbələr