AZ

Bakıdan evlərdən 12 min manatlıq qızıl oğurlanıb

Binəqədi və Sabunçu rayonlarında qızıl oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkmiş şəxs polisə müraciət edərək evindən 8500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı E.Rzayev müəyyən olunaraq saxlanılıb.

Analoji hadisə Sabunçu rayonunda da baş verib. Evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Seçilən
12
29
adalet.az

10Mənbələr