"Genderin ailələrdə müzakirəsi ilə bağlı bələdiyyələrə müraciət etdik və orada gender komitələrinin yaradılmasını təmin etdik".
News24.az xəbər verir ki, bu sözləri “Gender bərabərliyi və gender-əsaslı ayrı-seçkilik” mövzusunda keçirilən təlimdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
Onun sözlərinə görə, komitə “Qız uşaqlarına dəstək layihəsi”ni həyata keçirir:
“Ailədaxili zorakılığa məruz qalmış qızlar Təhsil İnstitutu ilə birgə müəyyən ediləcək və imtahanlarda yüksək nəticə göstərən qızlara dəstək veriləcək. Bu aksiya yaxın vaxtlarda gerçəkləşəcək”.
Xeyrənsə Piriyeva

