AZ

“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib

Bakıda və regionlarda fəaliyyət göstərən “Bergamo” MMC-yə məxsus “Eurolux” mağazalar şəbəkəsinin rəhbəri Günay Kərimova dələduzluqla üzləşib.

Məlumata görə, şirkətdə maliyyəçi vəzifəsində çalışan 1979-cu il təvəllüdlü Bəhruz Məmmədov rəhbərliyin 289 min manat pulunu ələ keçirdiyinə görə ona cinayət işi açılıb.

Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxsə sentyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Bildirilib ki, hadisədən əvvəl Günay Kərimova Nərimanov rayonunda yerləşən mənzilini 365 min manata satıb və daha böyük sahəli ev axtarmağa başlayıb. Bu müddətdə pulun bir hissəsini xərclərinə sərf edib və əlində qalan 289 min manatı dollar valyutasına çevirərək saxlamaq istəyib. G.Kərimova rəhbərlik etdiyi şirkətdə maliyyəçi olan Bəhruza həmin pulu 170 min dollara çevirərək gətirməsini istəyib. Lakin Bəhruz 289 min manatı götürərək ələ keçirib və geri qaytarmayıb.

Barəsində cinayət işi açılan B.Məmmədov ifadəsində bildirib ki, pulu dollara çevirməsi üçün Emil adlı tanışına verib. Lakin Emil bir müddət yubatdıqdan sonra ona 170 min dollardan cəmi 60 minini qaytarıb. Daha sonra isə Emil Bəhruza ev və iki avtomobil verib. Öz növbəsində Bəhruzla Emil bir-birindən hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə G.Kərimova ərizə verərək artıq ona dəymiş zərərin ödənildiyini bildirərək şikayətini geri götürüb.

Bəhruza 2 il sınaq müddəti ilə şərti cəza verilib və barəsindəki ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.

İş elanları AzVak.az-da

© “Qafqazinfo”

Bergamo MMC Eurolux Günay Kərimova dələduzluq Bəhruz Məmmədov maliyyəçi cinayət işi 289 min manat Cinayət Məcəlləsi 178.3.2 Bakı Ağır Cinayətlər Məhkəməsi mənzil satışı dollar valyutası Emil 170 min dollar 60 min dollar ev avtomobil şikayət zərərin ödənilməsi şərti cəza sınaq müddəti ev dustaqlığı Nərimanov rayonu
Seçilən
11
18
marja.az

10Mənbələr