AZ

1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimi keçirilir

ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun (Institute for Development and Diplomacy – IDD) təşkilatçılığı ilə 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimi keçirilir.

“İki sahil” xəbər verir ki, 50-dən çox ekspertin iştirak etdiyi tədbirdə “Dəyişən qlobal nizam şəraitində Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətləri və strateji tərəfdaşlığı”, “Cənubi Qafqazda regional təhlükəsizlik, əməkdaşlıq və xarici siyasət prioritetləri”, “Enerji əməkdaşlığı və iqtisadiyyatın şaxələndirilməsi: Böyük Britaniya–Azərbaycan investisiya tərəfdaşlığı”, “Təhsil, elm və innovasiya vasitəsilə ictimai diplomatiya: Qlobal əməkdaşlıq üçün körpülərin qurulması” mövzuları müzakirə olunacaq.

Tədbir iki gün davam edəcək.

Seçilən
22
3
ikisahil.az

6Mənbələr