ain.az, Azpolitika.az saytına istinadən bildirir.
Türkiyə özünün E-7T AWACS havadan erkən xəbərdarlıq və nəzarət təyyarələrindən birini Litvaya göndərib.
“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg”-ə adının çəkilməsini istəməyən Türkiyə rəsmisi məlumat verib.
Məlumatlara görə, bu, Rusiyanın hava məkanını pozmasından sonra NATO-nun Baltik regionunda müdafiəsini gücləndirdiyinə işarə idi.
E-7T AWACS (AEW&C) təyyarəsi alçaqdan uçan pilotsuz uçuş aparatlarını və yerüstü radarlar tərəfindən aşkar edilməyən digər obyektləri aşkar etməyə qadirdir.
Bu göstərir ki, NATO-nu ikinci ən böyük ordusuna malik Türkiyə Şimal Alyansının effektiv fəaliyyəti üçün öz üzərinə məsuliyyət götürmək imkanındadır.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.