AZ

Qırğızıstan parlamentinə seçkilər noyabrın sonunda keçirilə bilər - YENİLƏNİB

Bütün lazımi prosedurları nəzərə alaraq, Joqorku Keneşə növbədənkənar seçkilər noyabrın 30-na təyin ediləcək.

APA Qırğızıstan mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin spikeri Nurlanbek Turgunbek bildirib.

Spikerin sözlərinə görə, deputatlar özlərini buraxmaq qərarını müstəqil şəkildə qəbul ediblər, “nə prezident, nə də Nazirlər Kabineti təzyiq göstərib”.

O qeyd edib ki, VII çağırış deputatların legitimliyi növbəti çağırışa qədər qüvvədə qalacaq.

***

11:03

Bu gün keçirilən iclasda deputatlar Qırğızıstan Respublikası Joqorku Keneşinin (parlamentin) VII çağırışının özünü buraxması haqqında qərar layihəsini qəbul ediblər.

APA xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Deputat Ulan Primov bu təşəbbüsün seçki qanunvericiliyində dəyişikliklərlə bağlı olduğunu bildirib.

"Prezident və parlament seçkiləri arasında çox qısa zaman fərqi var. Buna görə də ölkədə siyasi sistemi və sabitliyi möhkəmləndirmək məqsədilə təşəbbüs qrupu parlamentə səlahiyyətlərini könüllü olaraq dayandırmağı təklif edib".

Səsvermədə iştirak edən 89 deputatdan 84-ü bu qərarı dəstəkləyib.

Seçilən
26
14
apa.az

10Mənbələr