AZ

Mərkəzi Bank yeni rəqəmsal sorğu layihəsinə start verir

 

Mərkəzi Bank rəqəmsal platformada sorğu həyata keçirəcək yeni layihəyə start verir.

Missia.Az xəbər verir ki, bunu Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov "Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri" sorğusunun təqdimat mərasimində danışarkən deyib.

O, bildirib ki, sorğu rübdə 1 ildə 4 dəfə olmaqla aparılacaq. Ümumilikdə 29 sualdan ibarət olacaq:

"Mərkəzi Bank ümumilikdə ev təsərrüfatları arasında sorğuya 2012-ci ildən başlayıb.

Lakin bu sorğular əvvəllər kənar şirkətlər tərəfindən keçirilib Mərkəzi Banka təqdim olunurdu. Yenilik ondan ibarətdir ki, artıq bütün sorğular Mərkəzi Bankda aparılacaq.

Sorğular kəmiyyət yox keyfiyyətlə bağlı olacaq. Misal üçün: Ötən 12 ayda ailənizin ev təsərrüfatı necə dəyişib.

Bu sorğuda iştirak edən hər kəsin anonimliyinə Mərkəzi Bank tərəfindən zəmanət verilir. Sorğuda iştirak etmək könüllüdür".

Seçilən
10
2
missiya.az

3Mənbələr