AZ

Azərbaycana ilk dəfə Çindən robortik cihaz gətirilib, əməliyyat uğurla həyata keçirilib

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yayındırılmaqla paylama üsulu ilə gətirilməyə cəhd göstərilən xeyli miqdarda mallar aşkar edilib.

“İki sahil” Komitəyə istinadən xəbər verir ki, Ciddə-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı digər sərnişinlərə payladığı 5 ədəd "İphone17", 4 ədəd "İphone16", 15 ədəd "apple" markalı qələm, 8 ədəd "apple" markalı qulaqcıq və 5 ədəd ətiri onlardan qəbul edərkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Komitə bir daha xaricə səyahət edən vətəndaşlara bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri əşyaların gömrük sərhədindən keçirilməsi hüquqi məsuliyyət yarada bilər.

Seçilən
11
6
ikisahil.az

10Mənbələr