AZ

Sivasda dəhşətli qəza 4 ölü

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Türkiyənin Sivas şəhərində dəhşətli qəza baş verib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sivasın Doğanşar rayonunda avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq uçurumdan aşıb. Qəza nəticəsində 4 nəfər həlak olub.

Qəza hadisədən təxminən 4 saat sonra aşkarlanıb. Bundan sonra hadisə yerinə səhiyyə, polis, AFAD (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) və yanğınsöndürənlər göndərilib.

Həkimlərin müayinəsindən sonra sürücü və 3 sərnişinin öldüyü müəyyən edilib. AFAD qrupları mərhumların cəsədlərinin uçurumdan çıxarılması üçün işlərə başlayıb. Avtomobil 400 metr aşağı yuvarlandığından cəsədlər AFAD qrupları tərəfindən təxminən 6 saatlıq işdən sonra kəndirlərə bağlanmış xərəklərlə uçurumdan çıxarılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

İsgəndər Həsənov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
525.az

1Mənbələr