AZ

Yoxa çıxan adalar, külə dönən meşələr: Dünya liderləri təcili iqlim tədbirləri görməyə çağırırlar

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası sentyabrın 24-də iqlim sammiti keçirib. Dünya liderlərinin ortaq qənaətinə görə, iqlim dəyişikliyi artıq uzaq təhlükə deyil, daha cəsarətli qlobal öhdəliklər tələb edən fəlakətdir. Onların səviyyəsi qalxan dənizlər, bərəkətini itirən torpaqlar və yoxa çıxan ekosistemlər fonunda çağırışları Baş katib Antonio Quterreşin iqlim sammitində dünyanın artıq “yeni enerji erasının” astanasında olduğu barədə xəbərdarlığını təkrarlayıb - təmiz enerji qazıntı yanacaqlarını əvəz etməli, maliyyə sahəsində ədalət təmin olunmalıdır.

2015-ci ildə bütün dövlətlər tərəfindən razılaşdırılmış iqlim dəyişikliyi üzrə Paris Sazişinin 1,5°C hədəfinə nail olmağın zəruriliyini vurğulayan Baş katib qeyd edib: “Bunun etmək mümkündür. Braziliyada keçiriləcək COP30 bizi doğru yola yönəltmək üçün etibarlı qlobal cavab planı ilə yekunlaşmalıdır”. O, temperaturun artmasını məhdudlaşdırmaq üçün qlobal səyləri sürətləndirmək, emissiyalar, uyğunlaşma və iqlim maliyyəsi ilə bağlı öhdəlikləri irəli sürmək məqsədi həmin tədbirin ümid mənbəyi olduğunu əlavə edib.

BMT rəhbərinin bu fikirləri Baş Assambleyanın illik ümumi müzakirəsinin ikinci günündə dünya liderlərinin iqlim təhlükəsi və vədləri ilə bağlı inandırıcı hesabatlar təqdim etməsi fonunda səsləndirilib.

İclasda COP30-a ev sahibliyi edən Braziliyanın Prezidenti Luis İnasiu Lula da Silva bildirib ki, enerji keçidi Sənaye İnqilabı ilə müqayisə edilə bilən məhsuldar və texnoloji transformasiyaya qapı açır və MDM-lər hər bir ölkədə bu dəyişikliyə rəhbərlik edəcək yol xəritəsidir”. Onun sözlərinə görə, Braziliya bütün istixana qazları emissiyalarını iqtisadiyyatın bütün sektorlarını əhatə etməklə 59 faizdən 67 faizə qədər azaltmağı öhdəsinə götürüb və 2030-cu ilə qədər meşələrin qırılmasına son qoymaq üçün səyləri davam etdirir.

Çinin Sədri Si Cinpin elan edib ki, onun ölkəsi 2035-ci ilə qədər iqtisadiyyatda xalis istixana qazı emissiyalarını pik səviyyələrdən 7-10 faiz azaldacaq. Çin lideri videomüraciətində bildirib ki, Pekin qeyri-mədən yanacaqlarının ümumi enerji istehlakında payını 30 faizdən çox artıracaq, külək və günəş enerjisi tutumlarını 2020-ci il səviyyələri ilə müqayisədə altı dəfə genişləndirəcək və avtomobil satışlarında elektromobillərə üstünlük verəcək.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen emissiyaların 1990-cı ildən bəri təxminən 40 faiz azaldığı Avropa Birliyində təmiz keçidini davam etdiyini vurğulayıb. “Avropa ölkələri də qlobal tərəfdaşlıqları ikiqat artırır və dünyanın ən böyük iqlim maliyyəsi təminatçıları olaraq qalacaq, eyni zamanda, təmiz enerji keçidini dəstəkləmək üçün 300 milyard avroya qədər vəsait səfərbər edəcək”, -deyə o qeyd edib.

İqlim sammitində Azərbaycanın COP29 Sədrliyinin iştirakı ilə ötən il Bakıda keçirilən iqlim konfransında irəli sürülmüş təşəbbüslər və götürülmüş öhdəliklər də müzakirə olunub.

AZƏRTAC

Seçilən
6
4
ikisahil.az

5Mənbələr