AZ

Bakıda 17 min manatlıq oğurluq edən şəxs saxlanıldı

Xəzər rayonunda iri və xırdabuynuzlu mal-qara oğurlanıb.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Rayon sakini polisə müraciət edərək 17000 manat dəyərində mal-qarasının evinin həyətindən oğurlanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən N.Novruzov saxlanılıb.
 
Abşeron rayonunda isə mağazaların birindən 1616 manatlıq tütün məmulatını talamaqda şübhəli bilinən X.Qasımov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
 
Araşdırmalar davam etdirilir.
 
Seçilən
23
15
moderator.az

10Mənbələr