AZ

Trampdan Baydenə göndərmə FOTO

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Ağ Evin Qərb Qanadında yeni “Prezident keçidi” layihəsini təqdim edib. 

Qızıl çərçivələrdə keçmiş prezidentlərin portretlərinin nümayiş etdirildiyi dəhlizdə diqqətçəkən detal Co Baydenlə bağlı olub. Belə ki, Baydenin portreti üçün nəzərdə tutulmuş çərçivədə keçmiş prezidentin şəkli əvəzinə “avtomatik imza cihazı”nın fotosu yerləşdirilib.

Tramp daha əvvəl də Baydenin qərarvermə proseslərində idrak qabiliyyətinin zəiflədiyini və bir çox rəsmi sənədlərin onun tərəfindən deyil, avtomatik imza qurğusu ilə imzalandığını iddia etmişdi. Bu dəfə həmin iddianı Ağ Evdəki sərgidə simvolik addımla nümayiş etdirib.

Dəyişiklik Trampın köməkçisi Marko Martin tərəfindən "X" sosial şəbəkəsində paylaşılıb. Kadrlarda Ronald Reyqan, Bill Klinton kimi keçmiş prezidentlərin portretləri görünür, Baydenin yerində isə avtomatik imza cihazının təsviri əks olunub.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
azpolitika.info

1Mənbələr