ABŞ prezidenti Dinald Tramp, Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında iştirak etdiyi zaman üzləşdiyi problrmlərlə bağlı, BMT-nin baş katibi Antoniu Quterreşə şikayət məktubu göndərib.
Tramp hesab edir ki, millətlər təşkilatının binasında "üçtərəfli sabotajla" üzləşib. Belə ki, ABŞ-ın 47-ci prezidenti, əvvəlcə həyat yoldaşı ilə yuxarı mərtəbəyə qalxarkən eskalator dayanıb. Sonra teletərceməçisi xarab olub, daha sonra isə, Baş Assambleyanın icasında çıxışı zamanı mikrofonda problemlər yaranıb.
"Təəcüblüdür ki, biz Melaniya ilə , eskalatorun iti uclu dəmir pilləkənlərinin üstünə yıxılmadıq. Yoxsa, nəticələr faciəli ola bilərdi"- deyə Tramp Truth Social şəbəkəsində yazlb.
Tramp Quterreşi bu insidentlə bağlı araşdırmalar aparmağa çağırıb və qeyd edib ki, təsadüflərə inanmır.
Rüstəm Hacıyev