AZ

Laçın rayonu Zabux kəndində torpaqların əkin məqsədi ilə istifadəyə veriləcək

Bakı. Trend:

Laçın rayonu Zabux kəndində torpaqların əkin məqsədli istifadəyəverilməsi üçün müraciətlərin qəbuluna başlanır.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumatverilib.

Bildirilib ki, sentyabrın 25-dən başlayaraq Laçın rayonununZabux kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkinməqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatıİnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi iləmüraciətlərin qəbuluna başlanılır. Zabux kəndində məskunlaşan vəyaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi oktyabrın 25-igünün sonunadək davam edəcək.

Zabux kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkinməqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi vəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabrtarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “AzərbaycanRespublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatıtəyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərləicarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə dəmyə (suvarılmayan)ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafındayerləşən torpaqlardır. Bu kəndlərdə dəmyə ərazilər üçün xarakterikolan buğda, arpa, noxud, kartof, yem bitkilərindən olan yonca,xaşa, müxtəlif ot qarışıqlarının əkilməsi nəzərdə tutulur.

Zabux kəndinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqlarıngüzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçünmüraciət edə bilərlər:

EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermerelektron kabinetinə sahib olmaq)

Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinəmüraciət” – “Zabux” seçməklə ərizə formasını doldurmaq.

Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraqfaktiki yaşayış yerinin Zabux kəndinin olduğunu AzərbaycanRespublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeydetmək.

Qeyd edək ki, müraciət edən şəxslər ilə müqavilələrinimzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerindətanıdılması oktyabrın sonu-noyabrın əvvəlində baş tutacaq. İcarəmüqavilələrinin müddəti birillik bitkilər və yem bitkiləri üçün 2il, təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraquzadılacaq.

Xatırladaq ki, işğaldan azad edilmiş rayonlarda torpaqlarınistifadəyə verilməsi prosesinə ilk dəfə Ağalı kəndindənbaşlanıb.

Seçilən
8
22
az.trend.az

10Mənbələr