AZ

Səməd Seyidov: Birləşmiş Krallıqla iqtisadi əlaqələrimiz hər zaman yüksək səviyyədə olub

Bakı, 25 sentyabr, AZƏRTAC

Birləşmiş Krallıqla iqtisadi əlaqələrimiz müstəqilliyimizin ilk günlərindən etibarən hər zaman yüksək səviyyədə olub. Düşünürəm ki, bu əməkdaşlıqlar mədəniyyət, təhsil və siyasət də daxil olmaqla ictimai həyatın bütün sahələrini əhatə edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimində deyib.

O qeyd edib ki, Azərbaycana və bütövlükdə regiona münasibət köklü şəkildə dəyişməyə başlayıb. “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak edirlər. Dövlətimizin başçısının sessiya çərçivəsində prezidentlər, Baş nazirlər, dünyanın aparıcı maliyyə şirkətləri ilə keçirdiyi görüşlərin sayı, həqiqətən də, təsiredicidir. Bu, Azərbaycana münasibətin dəyişməsinin, bizə marağın artmasının və regionda yeni reallığın birbaşa sübutudur. Biz indi regionun yeni gələcəyini qururuq”, - deyə komitə sədri vurğulayıb.

Seçilən
8
2
azertag.az

3Mənbələr