AZ

Rusiya benzin və dizel ixracına qadağa qoydu: Azərbaycanda yanacaq bahalaşacaq?

Rusiya hökumətinin benzin və dizel yanacağının ixracına qoyduğu qadağa beynəlxalq enerji bazarında müzakirələrə səbəb olub. Qadağanın hansı ölkələrə təsir göstərəcəyi, qiymətlərdə dəyişiklik yaradıb-yaratmayacağı barədə müxtəlif ehtimallar irəli sürülür. Maraqlıdır, bu qərar Azərbaycanın yanacaq bazarına necə təsir edə bilər?

Bu barədə KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, Azərbaycan Rusiyadan nə neft, nə də neft məhsulları idxal edir:

Yasin

“Biz Rusiyadan neft və neft məhsulları almırıq. Ona görə də inanmıram ki, bizdə qıtlıq yaransın. Qiymətlərdə bahalaşma da gözlənilmir. Qadağa daha çox Rusiyanın ixrac etdiyi ölkələrə təsir göstərəcək,” – deyə ekspert vurğulayıb.

Yasin Mustafayev əlavə edib ki, Rusiyanın Avropa bazarına yönələn məhsullarının qarşısı ABŞ prezidentinin son açıqlamalarından sonra qismən alınır:

“ABŞ prezidenti açıq şəkildə bəyan edib ki, Avropa ölkələri Rusiyadan heç bir məhsul almamalıdır. Görünür, bu çağırışdan sonra ölkələr də müəyyən addımlar atmağa başlayıblar,” – deyə ekspert qeyd edib.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
21
1
konkret.az

2Mənbələr