AZ

Pul verməsin deyə gətirdiyi iPhone ları başqalarına payladı

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yayındırılmaqla paylama üsulu ilə gətirilməyə cəhd göstərilən xeyli miqdarda mallar aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Globalinfo.az-a verilən xəbərə görə, Ciddə-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı digər sərnişinlərə payladığı 5 ədəd “İphone17”, 4 ədəd “İphone16”, 15 ədəd “apple” markalı qələm, 8 ədəd “apple” markalı qulaqcıq və 5 ədəd ətiri onlardan qəbul edərkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Dövlət Gömrük Komitəsi bir daha xaricə səyahət edən vətəndaşlara bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən  götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
28
globalinfo.az

10Mənbələr